DÜNYA


Ukraynada 400 min şagird birinci sinfə gedəcək

2019-2020-ci tədris ilində Ukraynada 400 min şagird birinci sinfə gedəcək. Bunların içərisində azərbaycanlılar da az deyil. Birinci siniflər daha çox Kiyev, Dnepropetrovsk və Odessa vilayətlərində qeydə alınıb.
Ukrayna dövləti bu il üçün yeni tikilən və əsaslı bərpa edilən orta məktəblərə 7 milyard qrivna vəsait xərcləyib. Bu məktəblərdə isə 1 milyon uşaq təhsil alacaq.