DÜNYA


Dorian qasırğası Floridaya və Baham adalarına yaxınlaşır

Baham adalarının şimal-qərbində “həyat üçün təhlükəli olan” Dorian qasırğası nəticəsində suyun səviyyəsi normal səviyyədən üç-beş metrə daha yüksəyə qalxa bilər. Qasırğa Baham adaları və ABŞ-ın Florida ştatına doğru irəliləyir. Baham höküməti adanın şımalında qasırğa olacağı ilə bağlı xəbərdarlıq edib, ABŞ prezidenti Donald Tramp isə Florida ştatında fövqəladə vəziyyət elan edib. ABŞ Milli Qasırğa Mərkəzi bildirib ki, Dorian yavaş, yəni saatda 17 kilometr sürətlə irəlilədiyi üçün uzun müddət yağışlara, küləklərə və fırtınalara səbəb ola, bu isə həyat üçün təhüləki daşqınlarla nəticələnə bilər.