İQTİSADİYYAT


Gələn ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək

Sentyabrın 2-də Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına uyğun olaraq, 2020-ci ildən tətbiq ediləcək yeni subsidiya əmsallarına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Aqrar Subsidiya Şurası 2020-ci ildə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb.
Aqrar Subsidiya Şurasının üzvləri, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, nazirliyin Dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların miqdarı, mexanizmi barədə danışıblar.