İQTİSADİYYAT


Cəlilabadda payızlıq kartofun əkin sahəsinin 2000 hektaradək artırılması gözlənilir

“İkinci çörək” hesab olunan kartof əkinindən yazlıq mövsümdə cəlilabadlı fermerlər, ümumilikdə, 10 milyon manatdan çox gəlir əldə ediblər. İndi əkib-becərmək marağı payız əkinlərində də onları tarlaya yaz həvəsi ilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, son illər respublikamızda kartof əkininə böyük maraq var, 60-dan çox rayonda təxminən 150 min fermer bu bitkini becərir. Əkin həm suvarma, həm də dəmyə vasitəsilə həyata keçirilir. Əksər rayonlarımızda il ərzində torpaqdan 3, bəzən 4 dəfə məhsul götürmək mümkündür. Hazırda Cəlilabadın 10-dan artıq yaşayış məntəqəsində kənd zəhmətkeşləri təkrar əkini bir ənənəyə çevirib.