DÜNYA


Hindistanda qaz emalı zavodunda baş verən yanğında 5 nəfər ölüb

Hindistanın Mumbay şəhərində qaz emalı zavodunda səhər erkən saatlarda baş verən güclü yanğında 5 nəfər ölüb. AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:30-da Neft və Qaz Korporasiyasına məxsus sıxılmış təbii qaz istehsal edən zavodun su drenajında da baş verib. Dərhal hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub, zavoda təbii qazın nəqli dayandırılıb.