Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yağıntılı hava sabah da davam edəcək

03.09.2019 [14:26]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20°, gündüz 25-28° isti, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacaq. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI