Molla Cümə və ətraf küçələrində müasir yol infrastrukturu yaradılır
03.09.2019 [16:07]
Xəbərin mətni
Paytaxt yollarında sıxlıq və tıxacların azaldılması məqsədilə Nərimanov rayonu ərazisində 6 kilometr uzunluğa malik küçələrdə müasir yol infrastrukturu yaradılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq Molla Cümə, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda da işlər yekunlaşmaq üzrədir.