DÜNYA


“Şeremetyevo” aeroportunda iki təyyarə toqquşub

Moskvanın “Şeremetyevo” aeroportunun uçuş-eniş zolağında iki təyyarə toqquşub. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, insidentdən sonra sərnişinlərin təxliyəsi həyata keçirilib. Agentliyin məlumatında bildirilir ki, “Royal Flight” və “Aeroflot” aviaşirkətlərinə məxsus olan sərnişin təyyarələrinin qanadları toqquşub. Birinci təyyarə boş olub, lakin digəri Pekinə olan reysi yerinə yetirmək üçün zolaqda hərəkət edirmiş. Hazırda aeroportun texniki personalı təyyarələri buksirlə kənara çəkib və onları müayinə edirlər. Pekinə uçan sərnişinləri isə başqa təyyarəyə mindirirlər.