İQTİSADİYYAT


Son 3 ayda Bakı Avtovağzalından 1 milyondan çox sərnişin daşınıb

Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, son 3 ay ərzində ümumilikdə 38 min 89 reyslə 1 milyon 14 min 748 sərnişinin avtovağzaldan gedişi təmin olunub. Bunlardan 92 min 916-sı beynəlxalq reyslərdən yararlanıb. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərarası istiqamətlərdə isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib.