SİYASƏT


Doğu Perinçek: Tələt Paşanın qatili olan erməni terrorçusuna abidənin ucaldılması insanlığa qarşı hörmətsizlikdir

Erməni soyqırımı yalanlarını ifşa edən Tələt Paşanı xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə qarşı təhqirdir. Bu, bizə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda, açıq-aşkar təxribatdır.
Bu sözləri Osmanlı dövlətinin Baş Naziri olmuş Tələt Paşanın qatili - erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan abidə ilə bağlı AZƏRTAC-a müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek bildirib.