Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dorian” qasırğası Florida və Corciya ştatlarının sahili yaxınlığından keçəcək

04.09.2019 [12:54]

Xəbərin mətni

Atlantik okeanda formalaşan “Dorian” qasırğası Florida və Corciya ştatlarının sahilyanı rayonları yaxınlığından keçəcək və Cənubi Karolina ştatı istiqamətində hərəkət edəcək.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzinin məlumatına əsasən, qasırğanın daxilində küləyin maksimal sürəti saniyədə 49 metri keçir. Hazırda Kanaveral burnundan 150 kilometr şərqdə yerləşən qasırğa saniyədə 3 metr sürətlə şimal-qərb istiqamətində hərəkət edir.