DÜNYA


“Walmart” mağazalar şəbəkəsi silah-sursat satışını məhdudlaşdıracaq

ABŞ-da ən iri mağaza şəbəkələrindən biri olan “Walmart”ın rəhbərliyi bu il yayda həmin mağazalarda iki dəfə kütləvi güllələmə hadisəsindən sonra silah və sursat satışını məhdudlaşdırmağı qərara alır.

AZƏRTAC xəbər verir ki, şirkətin direktoru Daq Makmillon çərşənbə axşamı yazılı bəyanat dərc edib. O bildirib ki, adətən bəzi ov tüfəngləri üçün istifadə edilən, lakin ordu silahları üçün də istifadə edilə biləcək tüfənglər üçün döyüş sursatlarının bəzi növlərinin satışı dayandırılacaq.