DÜNYA


Honkonq polisi iğtişaş törətməkdə şübhəli bilinən 1140 nəfəri saxlayıb

Çinin Honkonq xüsusi inzibati bölgəsində baş verən iğtişaşlarla əlaqədar olaraq iyun ayından bəri 1140 şübhəli şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Honkonq polisi məlumat yayıb. Bildirilir ki, adətən həftə sonu keçirilən qanunsuz aksiyalar şəhərdə asayişin pozulması, dövlətə və şəxsi əmlaka ziyan dəyməsi, şəhər nəqliyyatının fəaliyyətinin iflic olması, insanların gündəlik yaşayışına, sahibkarların işinə mənfi təsir göstərməsi, Çin Xalq Respublikasının və Honkonq hökumətinin dövlət rəmzlərinin təhqir edilməsi ilə müşayiət olunub.