İQTİSADİYYAT


Qəbələdə 19 kilometrlik yolun yenidən qurulması yekunlaşıb

Qəbələ rayonunda uzunluğu 19 kilometr olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hazırda hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrinin eni 2 metr olmaqla, yol yatağının eni 10 metr təşkil edir.