DÜNYA


Almaniya Kansleri Çində səfərdədir

Almaniya Kansleri Angela Merkelin sentyabrın 6-da Çinə rəsmi səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Dövlət Şurasının sədri (Baş Nazir) Li Keçyanın dəvəti ilə baş tutan səfərin ilk günü Angela Merkelin rəsmi qarşılanma mərasimi olub. Kansler son vaxtlar səhhətində yaranan problemlər səbəbindən rəsmi qarşılanma mərasimində fəxri qarovulun keçidini oturmuş vəziyyətdə izləyib.