İQTİSADİYYAT


Bakı-Quba-Rusiya avtomobil yolu yenidən qurulur

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun 11-18-ci km-lik hissəsinin təmiri işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri 18-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində, daha dəqiqi Xırdalan dairəsinə qədər olan hissəsində aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun hissə-hissə görülür.