Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə terrorçularla atışma: 1 şəhid, 1 yaralı

07.09.2019 [17:13]

Türkiyənin Mardin vilayətinin Ömərli rayonu ərazisində təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə PKK terrorçuları arasında atışma olub.
AZƏRTAC xəbər verir ki, atışmada bir polis nəfəri şəhid olub, bir mühavizəçi yaralanıb. Hadisə ilə əlaqədar bölgədə antiterror əməliyyatı gücləndirilib.