DÜNYA


Xilasedicilər fil balasını bataqlıqdan belə qurtardı

Zimbabvedəki Kariba su anbarı yaxınlığında "Bumi Hills Fondu"na məxsus Brakonyerlərlə mübarizə qrupu bataqlığa düşən fil balasını xilas etməyə çalışan ana fillə qarşılaşıb. Heyvan müdafiəçiləri heç kimi balasına yaxın buraxmayan fili sakitləşdirmək üçün trankvilizatordan istifadə etmək məcburiyyətində qalıblar. Yarım saat sonra xilasedicilər fil balasını bataqlıqdan xilas ediblər.