Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatı və Azərbaycan - İnfoqrafika

10.09.2019 [17:00]

2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan Respublikası 2019-2022-ci illər üzrə bu quruma sədrlik edəcək. Bu qərar Qoşulmama Hərəkatının 2016-cı il sentyabrın 13-18-də Venesuelanın Marqarita adasında keçirilən Zirvə Görüşündə üzv ölkələr tərəfindən yekdilliklə qəbul edilib.