Baham adalarında “Dorian” qasırğası nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb
10.09.2019 [18:55]
42 nəfər təbii fəlakətin dağıdıcı təsirinə məruz qalan Abako adasında, daha 8 nəfər isə Böyük Baham adasında həyatını itirib. Həmçinin çox sayda insanın itkin düşmüş hesab olunduğu, qasırğadan sonra onlardan xəbər alınmadığı bildirilir.