Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

11.09.2019 [15:43]

Göyərtəsində ehtiyat avtomobil hissələri olan yük təyyarəsi Ohayo ştatının Tolido şəhər aeroportunun yaxınlığında qəzaya uğrayıb. WTVG telekanalının yaydığı məlumata görə, hadisə bu gün səhərə yaxın, saat 3:00 radələrində baş verib. Təyyarədə iki nəfər olub, onların taleyi hələlik məlum deyil.