Təmirdən sonra “Xətai” stansiyasında hansı yeniliklər var
12.09.2019 [17:00]
2018-ci il sentyabrından bağlanan “Xətai” stansiyası müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Bakı Metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Stansiyanın infrastrukturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb.
Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları da bərpa olunub.