RƏSMİ


Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanıda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, dörd ay əvvəl paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinə gələn Birinci vitse-prezident burada görülməsi vacib olan sosial və infrastruktur işlərinin qısa vaxt ərzində həyata keçirilməsi ilə bağlı göstərişlərini vermişdi. Bunlardan biri qəsəbə sakinləri üçün salınan yeni istirahət parkıdır.