Çində “Payızın ortası” bayramı və ya Ay festivalı qeyd olunur
14.09.2019 [12:04]
Xəbərin mətni
Çinin ənənəvi bayramlarından biri olan “Payızın ortası” və ya Ay festivalı bu il sentyabrın 13-nə təsadüf edir.
AZƏRTAC xəbər verir ki, Şərq ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan bu bayramın tarixi Tan sülaləsinin hakimiyyətinin ilk dövrlərinə, yəni 7-ci əsrə gedib çıxır. Bayramın yaranmasına dair bir neçə fərqli rəvayət var. Başqa adla “Ay çörəyi” adlanan bayramda ayabənzər şirniyyatların hazırlanması və paylanılması ənənəsi var.