DÜNYA


İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib

Sentyabrın 16-da Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti çərçivəsində Ankarada səfərdə olan İran Prezidenti Həsən Ruhani ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında geniş tərkibdə və təkbətək görüşlər iki saatdan çox davam edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mətbuat üçün qapalı keçirilən danışıqlarda Suriyadakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə olunub.