Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Əfqanıstan Prezidentinin seçkiqabağı mitinqində partlayış törədilib

17.09.2019 [13:36]

 

Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qaninin seçki qərargahının mitinq keçirdiyi yerin yaxınlığında partlayış törədilib.

Partlayış nəticəsində azı 24 nəfər həlak olub, 31 nəfər yaralanıb.