DÜNYA


Çin kosmosa 5 nanopeyk buraxıb

Çin özünün “Çjuhay-1” orbital sistemini formalaşdırmaq məqsədilə kosmosa məsafədən zondlamanı həyata keçirən beş nanopeyk göndərib. Bu barədə “The Paper” portalı məlumat yayıb. Portalın məlumatında bildirilir ki, nanopeyklərin buraxılışı “Çançjen-11” raketdaşıyıcısı ilə ölkənin şimal-qərb əyaləti Qansuda yerləşən Tszyutsyuan kosmodromundan həyata keçirilib.