İQTİSADİYYAT


Bakının əksər hissəsini elektrik enerjisi ilə təmin edən 220 kilovoltluq yarımstansiyalar yenidən qurulur

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan və paytaxtdakı 110 kilovoltluq yarımstansiyaların əksəriyyətini enerji ilə təmin edən 220 kilovoltluq “Müşfiq” və “Xırdalan” yarımstansiyaları ASC tərəfindən yenidən qurulur və enerji təchizatında fasilə yaranmaması üçün işlər xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.