DÜNYA


Ukraynada hərbi hospitalda güclü yanğın baş verib

Sentyabrın 20-nə keçən gecə səhərə yaxın Ukraynanın Lutsk şəhərində hərbi hospitalda güclü yanğın baş verib. AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, yanğın nəticəsində hospitaldan 100-ə yaxın insan evakuasiya edilib. Bunlardan 7-si ağır xəstə, 11-i isə hospitalın tibb işçiləri olub. Evakuasiya olunanlar xəstəxanaya yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilir.