CƏMİYYƏT


Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur

Xəzər rayonunda “Badam bağları”, “Südçülük sovxozu” və “Binə aqrokompleksi” yaşayış massivlərində uzunluğu 24 kilometr olan yolda təmir-tikinti işləri gedir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda yolun asfaltlanması işləri aparılır. Yol örtüyünün alt və üst layı 12 santimetr hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə yollar boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır