CƏMİYYƏT


“Xəzəri qoruyaq” təmizlik aksiyası

Sentyabrın 21-də Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” şüarı altında təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "ASAN xidmət", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
Yüzlərlə iştirakçının qoşulduğu bu tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır