İQTİSADİYYAT


Bu il 11,3 min ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub

Bu ilin 8 ayında 11 min 381 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ixrac edilən piylər və yağların dəyəri 11 milyon 653 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 10 milyon 259 min dollarlıq 10 min 818 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.