DÜNYA


Pxenyanda beynəlxalq film festivalı keçirilir

AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, yerli və xarici olmaqla ümumilikdə 400 filmin nümayiş etdiriləcəyi festival çərçivəsində müsabiqə də təşkil olunacaq. Yerli filmlərlə yanaşı, Çin, İtaliya, Rusiya, Belarus və İrandan olan filmlər müsabiqəyə təqdim edilib. Şimali Koreya, Rusiya, Çin, İsveç və Kubadan olan kino mütəxəssislərindən ibarət münsiflər heyəti müxtəlif nominasiyalarda qalibləri, o cümlədən ən yaxşı filmi seçəcəklər.