Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belçikada “Bir gün avtomobilsiz” aksiyası

23.09.2019 [17:25]

Xəbərin mətni

Belçikanın 22 şəhərində, həmçinin ölkə paytaxtının üç mərkəzi bələdiyyəsində “Bir gün avtomobilsiz” aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, həmin gün şəhərin küçələrinə elektromobil və təcili yardım xidməti - polis, yanğınsöndürən və “tibb yardımı” maşınlarından savayı digər avtomobillərin çıxarılması qadağan edilib. Minlərlə şəhər sakini küçələrə özlərinin velosiped, rolik və samokatında çıxıb. Bəzilərini bunu, necə deyərlər, ailəlikcə edib.