Ceyhun Səlimov küçəsində nəqliyyatın hərəkəti 7 ildən sonra bərpa olunub
23.09.2019 [21:30]
Paytaxtın Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsinə qədər olan (Papanin hospitalı) və yeni metro stansiyasının tikintisi ilə əlaqədar 7 ildir bağlı qalan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.