İQTİSADİYYAT


“Zağlı-Zeyvə” yatağı ərazisində yeni kompressor stansiyası istifadəyə verilib

Sentyabrın 23-də Siyəzəndə, SOCAR-ın əməliyyatçı olduğu “Zağlı-Zeyvə” yatağı ərazisində səmt qazının yığılması məqsədilə quraşdırılmış kompressor stansiyasının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompressor stansiyası SOCAR və BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib.