SİYASƏT


Milli Məclisin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 23-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Oqtay Əsədovun və Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopun rəhbərliyi ilə nümayəndə heyətləri Beynəlxalq Türk Akademiyasında olub, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi münasibətilə keçirilən dəyirmi masada iştirak ediblər.