SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri ATƏT-in Baş katibi ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü iclasında iştirakı çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibi Tomas Greminger ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti Baş katibin diqqətinə çatdırıb. Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirilib.