DÜNYA
Pakistanda güclü zəlzələ olub
24.09.2019 [16:37]
Ölkənin bir sıra ərazilərini əhatə edən yeraltı təkanların gücü 5,8 ball gücündə dəyərləndirilir. Yeraltı təkanlar İslamabad, Lahor, Daska, Peşavar və digər şəhərlərdə hiss olunub. Zəlzələ bir sıra dağıntılara və yolların sıradan çıxmasına səbəb olub. İlkin olaraq bir nəfərin həlak olduğu bildirilir.