DÜNYA


Qreta Tunberq: Boş sözlərinizlə mənim arzularımı, uşaqlığımı oğurlamısınız

Qlobal istiləşməyə qarşı mübarizə aparan, isveçli Qreta Tunberg və 15 digər gənc Fransa, Almaniya, Argentina, Braziliya və Türkiyəni iqlim dəyişikliyi ilə bağlı fəaliyyətsizliyə görə məhkəməyə vermək niyyətindədirlər. Gənclər məhkəməyə Hausfeld beynəlxalq vəkil kabinetinin və UNİCEF-in xeyir-duası ilə müraciət ediblər.
AZƏRTAC xəbər verir ki, gənclər bu 5 ölkəni 30 il əvvəl imzalanmış konvensiya çərçivəsində götürdükləri öhdəliklərə riayət etmədikləri üçün veriblər. Bununla onlar bu ölkələrin rəhbərlərinin diqqətinə iqlim dəyişikliyi ilə bağlı təcili tədbirlər görülməsi zərurətini çatdırmaq istəyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır