İQTİSADİYYAT


Biləsuvarlı pambıqçıların builki hədəfi 35 sentnerə yaxın məhsuldarlıq əldə etməkdir

Biləsuvarda pambığın kütləvi yığımına başlanılıb. Son illər bu sahəyə göstərilən yüksək dövlət qayğısı Biləsuvarı ölkənin pambıqçılıq rayonları arasında qabaqcıl təcrübənin ünvanına çevirib. Builki mövsümdə fermerlər 10 min 500 hektara yaxın sahədə bol məhsul yetişdiriblər.
AZƏRTAC xəbər verir ki, ötən il rayon pambıqçıları “ağ qızıl”dan 15 milyon manata yaxın gəlir əldə ediblər. Bundan əlavə, fermerlərə həm də toplanmış məhsula görə 2 milyon manatdan çox subsidiya verilib.