DÜNYA


Pekində dünyanın ən böyük hava limanlarından biri açıldı

Pekində dünyanın ən böyük hava limanlarından olan “Dasin” beynəlxalq aeroportunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin hava limanının istifadəyə verilməsini rəsmən elan edib.
Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən hava limanının inşasına 2014-cü ildə başlanılıb. Bu ilin yanvarında hava limanının uçuş-enmə zolağı ilk təyyarəni sınaq uçuşu ilə qəbul edib. Şəhər mərkəzindən 46 kilometr məsafədə yerləşən aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur.