SİYASƏT


Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edib

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ölkələri parlament sədrlərinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.
Konfransda Avropa və Asiyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və nümayəndə heyətləri, 10-dan çox beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər.