SİYASƏT


Nur-Sultan şəhərində Azərbaycan Milli Məclisi Sədrinin ATƏT PA-nın Sədri ilə görüşü olub

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov sentyabrın 24-də Nur-Sultan şəhərində ATƏT Parlament Assambleyasının (PA) Sədri Georgi Tsereteli ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Milli Məclisin ATƏT Parlament Assambleyası ilə əməkdaşlığının inkişafından məmnunluğunu bildirib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Milli Məclisin Sədri səmərəli dialoqun davam etdirilməsinin önəmini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır