Qubada yeddi yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikilir
25.09.2019 [16:03]
Xəbərin mətni
Quba rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 24 kilometrlik avtomobil yolu Qamqam, Töhmər, Talabı, Xarovşa, Talabıqışlaq, Küçeyi və Cağacıq kəndlərini birləşdirir.