CƏMİYYƏT


Rasim Səttarzadə: Plastik torbalarla bağlı təkliflər planı hazırdır və razılaşdırma mərhələsindədir

Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngülçəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib. Hazırda təkliflər razılaşdırma mərhələsindədir. Tezliklə qəbul olunsa, biz onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail ola bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə sentyabrın 25-də keçirilən mətbuat konfransında deyib.