SİYASƏT


Elmar Məmmədyarov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə nazir Elmar Məmmədyarov Mariya P.Buriçə Avropa Şurasının (AŞ) Baş katibi seçilməsi münasibətilə təbriklərini çatdırıb, onu hazırkı vəzifəsində Azərbaycana səfərə dəvət edib.