SİYASƏT


Azərbaycan ilə Bəhreyn arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının Xarici İşlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər Azərbaycan ilə Bəhreyn arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə edib, əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.