Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada kimya zavodu yanır

26.09.2019 [12:15]

Fransanın Ruan şəhərində zavodda yanğın baş verib. "Lubrizol" müəssisəsi nəqliyyat və sənaye üçün xüsusi kimyəvi məhsullar istehsal edir. Yanğının hansı səbəbdən baş verməsi isə hələ məlum deyil. Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.