DÜNYA


Çində dünyanın LNG ilə işləyən ən böyük konteyner gəmisi inşa edilir

Çin Dövlət Gəmiqayırma Korporasiyasının Şanxay şəhərindəki zavodunda mayeləşdirilmiş təbii qazla (LNG) işləyən iri konteyner gəmisi inşa edilir. Bu, dünyada LNG ilə işləyən ən böyük konteyner gəmisidir.
AZƏRTAC şirkətin rəsmi saytına istinadla xəbər verir ki, gəmi Fransanın iri gəmiçilik və logistika şirkəti olan "CMA CGM"in 22 ay əvvəl verdiyi sifariş əsasında inşa edilir. Fransa şirkətinin təsisçisi Jak Saadenin adı verilən 400 metr uzunluğundakı gəmi 23 min ədəd 20 futluq konteyner daşıya biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır